“Bu üçlük Qərbə qarşı alternativ blok yaradır”
İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələri arasında üçtərəfli görüş keçirilib. Danışıqların əsas mövzusu İranın nüvə proqramı ətrafında böhranın tənzimlənməsi olub.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, bu üçlük İran, Rusiya və Çin birliyi demək olar ki, Qərbin o möhkəm, sərt reaksiyaları qarşısında artıq formalaşıb:
“Əvvəl gündən bəlli idi ki, məsəl üçün Tehran həm Moskva, həm də Pekin ilə münasibətlərini tənzimləmək istəyir. Çünki bilir ki, Qərbə doğru onun yolu bağlıdır. Digər tərəfdən Moskva bu vəziyyətdədir, sanksiyalarla əhatə olunub. Amerika Birləşmiş Ştatları və Qərb birliyinin böyük təzyiqləri altındadır. Ona görə də bunlar bir növ alternativ blok yaradırlar. Bu üçlüyün heç bir rəsmi adı yoxdur, sadəcə tərəfdaşlıq triosudur. Ola bilsin, ya Şanxay əməkdaşlıq təşkilatı çərçivəsində, ya Bric çərçivəsində bunlar daha bir format fikirləşsinlər ki, özlərinin fəaliyyətini həmahəng tərzdə davam etsinlər. Bu fəaliyyətdə onlar üçün uğurlu olsun və məhsuldar olsun. Qərbdə bu yaxınlaşmalar hamısı çox böyük hiddətlə qarşılanır. Qərb ümumiyyətlə bu üçlüyün bir arada, bir cərgədə olmasını qəbul etmir. Onlar bu prosesə qarşı çıxacaqlar. Məsələn universal bir mexanizm yaratsınlar ki, eyni vaxtda həm Rusiya, həm Çinə, həm də İrana bir zərbə vursunlar, ya da reaksiya və bir təzyiq göstərsinlər. Əlahiddə şəkildə hər üç ölkə dair onların özlərinin bir təzyiq və təsir proqramı olacaq. Xüsusilə də, İrana. Çünki İran coğrafi baxımdan Amerika Birləşmiş Ştatlarının və digər qərb ölkələrinin müttəfiqlərinin yerləşdiyi bölgədə qərar tutur. Söhbət fars körfəzindən gedir ki, bu ətrafda olan əksər ölkələr hamısı ya Amerikanın ya da Britaniyanın yaxın dostu və qardaşıdır. Həqiqətəndə onlar Britaniyanın, Amerikanın ətəyindən elə bir tərzdə yapışıblar ki, ilk növbədə özlərinin təhlükəsizliyini qorusunlar. Digər tərəfdən də özlərinin idarəetmə üsulunu yəni menecmenti ki, qərbdən götürüblər. Bununla bağlı vaxtı- vaxtında islahatlar aparsınlar, sonra məsləhət yolu ilə yeniliklərə yol versinlər. Düzdür, son dövrdə iyun ayında on iki günlük müharibə baş tutdu. İranla İsrail arasında o bir çox həqiqətləri artıq üzə çıxardı. Məsəl üçün birincisi bəzi ölkələr İsrailə hava hücumlarını vermədilər, bəziləri verib. İordaniya verib. Deyilənə görə digər Ərəb ölkələri məsəl üçün veriblər, amma birbaşa İsrailə kömək etmədilər. Çünki onlar, həm də İrandan ehtiyatlanırlar. Səudiyyə Ərəbistanı İsrailə məhkum etdi. Amma İran sonra Amerikanın o üç nüvə obyektinə zərbə endirdikdən sonra əksər Ərəb ölkələri hamısı baxıb gördülər ki, Tehran cavab verəcək. Tehran cavab verdi və Amerikanın Qətərdəki bazasını raket atəşinə tutdu. Dərhalda Ərəb Ölkələri İranın qətərin suverenliyini pozması ilə bağlı bəyanatlar verdilər. Amma bu qaçılmaz idi, digər tərəfdən də onların hamısının İrandan fərqli olaraq zəif nöqtələri var. Məsələn bütün bu ölkələr hamısı demək olar ki, içməli suya möhtacdırlar. Onlar suyu təsbih eliyən, təmizləyən qurğuları qoyurlar, dəniz suyundan istifadə edirlər. Ehtiyatlada o qiymətli resursdan, istifadə edirlər. Qərb strateqlərinin, analitiklərinin fikrinə görə İranla o ölkələrin arasında hərbi qarşıdurma başlayarsa, İran su hövzələrinin, onların su ehtiyatlarının saxladılan obyektlərini vurub dağıtsa, onda bu ölkələrin vəziyyəti çox ağır ola bilər. Hər ölkənin özünəməxsus zəif nöqtəsi var. Bunlarında ən zəif nöqtəsi su məsələsidir və suların saxlanıldığı ariallar, xüsusi çənlər, yerlərdir. Söhbət böyük sənaye miqyasında olan çənlərdən gedir. Məsələn, Səudiyyə Ərəbistanı qəti sürətdə İranla münasibətlərini korlamaqdan noyun qaçırır. Onlar hətta İranla əməkdaşlığa başlayıb. Şahzadə Məhəmmədin qardaşı artıq Müdafiə naziri kimi Tehrana səfər edib, mesaj aparıb. İndi vəziyyət dəyişir. Çünki bir yandan açıq şəkildə Amerikanın İsrailə fitva verməsini, sonra Qəzzada törədilən soyqırımı onlar məhkum edə bilmirlər, çəkinirlər. Küçədə olan insanlar Ərəb küçəsi birmənalı şəkildə İranı dəstəkləyir. Yeri gələndə Rusiyanı, Çini dəstəkliyir. Bilirlər ki Amerika Birləşmiş Ştatları Yaxın və Orta Şərqdə vuran əli İsraildir. İsrail proksi qüvvə kimi özünü aparır. Elə proksi dövlət demək olar. Ona görə də burada artıq ziddiyyətlər elə bir tərzdə inkişaf edir ki, yavaş- yavaş özünəməxsus bir oyanış prosesi baş tutur”.
Politoloq qeyd edib ki, bu görüş vacib görüşdür:
“Çünki bu çox pis vacib dönəmdə, çox həssas dönəmdə baş tutur. Biz gördük ki, İranın Müdafiə naziri Moskva səfər etdi. Ona qədər İranın Müdafiə naziri Çinə səfər edib. Burada müzakirə obyekti kimi hərbi-siyasi məsələlər var. Xüsusilə də hərbi-sənaye kompleksinin yüklənməsi var. İndi vacib olan məsələ ondan ibarətdir ki, qərbin reaksiyaları qarşısında nüvə məsələsi ilə bağlı həm Moskva, həm Pekin İrana dəstək verirlər. Düzdür, onlar birmənalı bildirirlər ki, İran nüvə silahını hazırlamalı deyil. İranda da belə bir hələki niyyət yoxdur. Digər tərəfdən İran istəyir ki, nüvə sistemi səviyyəsində istehsal olunan elektrik enerjisinin artıq dünya bazarlarına çıxartsın. Amerikanın da və onun tərəfində olan bütün qüvvələrinin hamısınında istəyi ondan ibarətdir ki, İranı ümumiyyətlə nüvə sənayesindən məhrum etsinlər. Nüvə silahı məsələsi də bəhanədir, onun heç bir təsdiqi də yoxdur. ABŞ-nin kəşfiyyatının rəhbəri açıq-aşkar bildirib ki, biz də belə bir məlumat yoxdur. İran ona doğru gedir. Buna baxmayaraq həm Tramp, həm də Netanyahu hay-küy qaldırdılar ki, İran artıq nüvə silahının bir addımlığındadır. Düzdür, 1997-ci ildən bu söhbət gedir və necəsə olur ki, bu bir addımı keçə bilmir. Odur ki, bu məsələlər hamısı bir paketdədir. Artıq bu üçlüyün strateji tərəfdaşlıq səviyyəsində münasibətlərini tənzimləmək məsələsi artıq yetişib, çatıb. Onlar Qərbin qaydasız döyüş taktikasından istifadə edərək başlayacaqlar. Artıq sistemli və düşünülən tərzdə Qərbə doğru xüsusilə Amerika Birləşmiş Ştatlarına doğru müqavimət göstərsinlər. Xüsusilə də, Çinə bu çox vacibdir. Çünki Tayvan məsəli ilə bağlı biz görürük ki, Vaşinqtonla Pekin arasında heç bir anlaşma yoxdur. Digər tərəfdən Ukrayna məsələsi ilə bağlı Moskva çox dərin ziddiyyətlər var. Vladimir Putin Donald Trampın sözünə, onun yanaşmasına heç bir məhəl qoymur. Bunu dinləyir, telefon danışıqlarında ona qulaq asır. Amma öz bildiyini edir. Odur ki, bu üç dövlət və Şimali Koreyada bu cərgədə əvvəl- axır yer alacaq”.
Nuray Əliyeva