“Bugünkü gün Ukrayna Avropa İttifaqının üzvü ola bilməz”
Macarıstanın Baş naziri Viktor Orban ölkədə Avropa İttifaqı (Aİ) liderlərinin hərbi planlarına qarşı imza toplama kampaniyasına başlanıldığını elan edib.
Mövzu ilə bağlı siyasi şərhçi Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, cənab Orban əvvəldən də öz çıxışlarında bəyənat verib ki, biz Avropa İttifaqına müharibəsiz bir ittifaq modelində görmək istəyirik:
“Bugünkü gün Avropa İttifaqına daxil olan dövlətlər və yaxud Avropa İttifaqının Ukraynaya yardım etməsi, hətta Fransa Prezidenti Makronun və ya Almaniyanın Prezidenti Mersin dediyi kimi ordu qüvvələrini Ukraynaya təlimatçılar qismində, sülh sazişindən sonra sülhməramlar modelində göndərilməsi düzgün deyil. Avropa İttifaqı Rusiya-Ukrayna arasında olan bu müharibəyə qoşulmalı deyil. Nə iqtisadi cəhətdən, nə də ki güc, hərbi cəhətdən. Bugünkü gün Ukrayna Avropa İttifaqının üzvü ola bilməz, çünki Ukraynada keçirilmiş reforumlar yetəri qədər Ukraynanı Avropa İttifaqının bir hissəsi edə bilməz. Onun hərbi gücü NATO İttifaqının bir hissəsi ola bilməz. Orban açılışda bu 2 məsələni qeyd edib. Nəzərə alsaq ki, son zamanlar da Avropada mütəmadi olaraq parlament seçkiləri dövlət səviyyəsində keçirilir. Faktiki olaraq Fransa məsələlərində görünən budur ki, hakimiyyə gəlmək şansları böyükdür. Almaniya üçün alternativ siyasi partiyanın yenidən gündəmdə olması, o biri tərəfdən də Slavakiyanın Orbanın çağırışlarına qoşulması bizə bunu deməyə əsas verir ki, Avropa İttifaqının daxilin də bu və digər məsələ ilə əlaqəli çox böyük fikir ayrılığı var. Cənab Orbanın missiyası birbaşa Ukraynaya aiddir. Yəqin ki, yaxın gələcəkdə baxmayaraq ki, Avropa İttifaqının böyük dövlətləri-İtaliya, Almaniya, Fransa bu ittifaqın dağılmasını istəmir. Yaxın gələcəkdə Avropa İttifaqının gələcəyi heç də ürək açan olmayacaqdır, yəqin ki, bu dövlətlər arasında olan münasibətləri daha da gərgin vəziyyətə salacaqdır”.
Həmçinin şərhçi qeyd edib ki, o biri tərəfdən də Avropa İttifaqı çalışır ki, öz nizamnaməsinə nəsə dəyişiklik etsin:
“Orada bildiyiniz kimi, bütün qərarlar konsensiya yolu ilə qəbul olunur. Yəni Avropa İttifaqına daxil olan bütün dövlətlərin üzvləri müəyyən bir məsələ ilə əlaqədar səsvermədə iştirak edib və yekdil səs nümayiş etdirməlidir. Ancaq Macarıstanın bu hərəkətindən sonra Fransa və Almaniya alternativ variantlar axtarırlar ki, Macarıstanın bu və ya digər formada hər hansı bir ölkə Avropa İttifaqının ölkəyə olan münasibətlə əlaqədar qoyduğu vetonu aradan qaldırmalıdır. Yan keçməklə əlaqədar müəyyən bir qanunvericilik bazasında müəyyən bir dəyişiklik etsinlər”.
Aytac İbrahimova
