00:00:00
Yazar
Admin User
17.11.2025 19:42 171 2 dəq oxuma
Siyasət

“Burada əsas hədəf yalnız Rusiya deyil, onun ticarət və siyasi tərəfdaşlarıdır”

“Burada əsas hədəf yalnız Rusiya deyil, onun ticarət və siyasi tərəfdaşlarıdır”

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Rusiya ilə əməkdaşlığı genişləndirən ölkələrə sərt xəbərdarlıq edərək bildirib ki, Moskva ilə yaxın siyasi və iqtisadi əlaqələr gələcəkdə Vaşinqtonla münasibətlərdə ciddi çətinliklər yarada bilər. Onun sözlərinə görə, ölkələr bu addımları ilə öz xarici siyasətlərində yeni risklərə yol açmış olurlar.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın Rusiya ilə iqtisadi əlaqələri olan ölkələrə qarşı sərt xəbərdarlıq etməsi yeni vəziyyət yaratmır:


“Tramp siyasətində bu tip təzyiq yanaşması əvvəldən mövcuddur. Burada əsas hədəf yalnız Rusiya deyil, onun ticarət və siyasi tərəfdaşlarıdır. Tramp açıq şəkildə bildirir ki, Rusiya ilə yaxınlaşan ölkələr ABŞ-nin strateji maraqlarından kənara çıxmış sayılacaq və bu həmin ölkələrin Vaşinqtonla münasibətlərində risk yarada bilər. Trampın mesajı qlobal diplomatiyada yeni balans axtarışlarını daha da kəskinləşdirir. Belə bir bəyanat bir çox ölkələri Rusiya ilə əməkdaşlığı yenidən nəzərdən keçirməyə məcbur edəcək. Çünki ABŞ ilə münasibətlərin gərginləşməsi onların iqtisadiyyatına, təhlükəsizliyinə və siyasi imicinə birbaşa təsir göstərir. Bu isə enerji siyasəti, ticarət marşrutları və regional tərəfdaşlıq seçimlərində dəyişikliklər yarada bilər. Bu addım ABŞ və Rusiya arasında mövcud siyasi qarşıdurmanı da dərinləşdirən amildir. Moskva üçün bu xəbərdarlıq ABŞ-nin təsir dairəsini genişləndirməyə çalışdığına dair siqnaldır. Rusiya isə bunun cavabında öz müttəfiqlərini qorumaq və Qərbin təsirini balanslaşdırmaq üçün daha sərt siyasi və iqtisadi addımlara əl ata bilər. Bu iki ölkə arasında sözün əsl mənasında yeni gərginlik mərhələsi yaradır. Trampın bəyanatı həm regional, həm də qlobal güc nizamına təsir göstərmək potensialına malikdir. Rusiya ilə əməkdaşlıq edən ölkələr üçün bu xəbərdarlıq iqtisadi, siyasi və diplomatik manevr imkanlarının məhdudlaşması deməkdir. Bu bəyanat qlobal güc bölgüsünü dəyişdirə, yeni alyansların yaranmasına səbəb ola və ABŞ-nin müttəfiqləri üzərində nəzarətini gücləndirə bilər. Eyni zamanda Moskva da öz tərəfdaşlarını itirməmək üçün yeni strategiyalar formalaşdırmağa çalışacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər