Buzlaqların çökməsi İsveçrə kəndinin çox hissəsini dağıdıb
İsveçrənin Blatten kəndi nəhəng buzlaq parçasının vadiyə düşməsi nəticəsində qismən dağılıb.
Birch buzlaqının dağılacağı qorxusuna görə kənd bir neçə gün əvvəl boşaldılmış olsa da, bir nəfərin itkin düşdüyü və bir çox evin tamamilə dağıdıldığı bildirilib.
Yerli hakimiyyət orqanları vəziyyəti "çox pis" adlandırır və İsveçrə ordusunun təbii fəlakətlərə yardım bölməsindən dəstək istəyib. İsveçrə hökumətinin üzvləri hadisə yerinə yollanıb.
Kəndin 300 sakini mayın 19-da əraziyə nəzarət edən geoloqların buzlağın qeyri-sabit görünməsi xəbərdarlığından sonra evlərini tərk etməli olub. İndi onların çoxu heç vaxt geri dönə bilməyəcək.
BBC
Nəzrin Məmmədova