00:00:00
Yazar
Güllər Gülhüseynova
20.02.2026 19:59 14 1 dəq oxuma
Dünya

Cənubi Koreyada “ChatGPT” vasitəsilə planlaşdırılan qətl

Cənubi Koreyada “ChatGPT” vasitəsilə planlaşdırılan qətl

Cənubi Koreyada iki kişini dərman qatılmış içki vasitəsilə zəhərləyərək öldürməkdə ittiham olunaraq həbs edilən qadının bu cinayətləri planlaşdırmaq üçün süni intellekt aləti “ChatGPT”dən istifadə etdiyi bildirilib.

 

“The Korea Herald” qəzetinin xəbərinə görə, Cənubi Koreya polisi 20 yaşlarında olan şübhəlinin psixi xəstəlik üçün ona təyin edilən dərmanları içkiyə qataraq iki nəfərə verib öldürməkdə ittiham olunduğunu bildirib.

 

Polis istintaq çərçivəsində müəyyən edib ki, həmin şəxs cinayətləri planlaşdırarkən “ChatGPT”yə sözügedən dərmanlarla bağlı suallar verib. Qadının verdiyi suallar arasında “Yuxu həblərini spirtli içki ilə qəbul etsəniz nə baş verər?”, “Bu nə dərəcədə təhlükəli sayılır?” və “Ölümcül ola bilərmi?” kimi sualların yer aldığı qeyd olunub.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli narkotik təsirli maddələrlə bağlı sualları “ChatGPT”yə dəfələrlə ünvanlayıb və alkoqol ilə dərmanların birlikdə qəbulunun ölümlə nəticələnə biləcəyini tam şəkildə dərk edib.

 

Xəbərdə bildirilir ki, ilk cinayət 20 yaşlarında bir kişi ilə birlikdə motellərdən birinə daxil olub iki saat sonra tək çıxması və həmin kişinin ertəsi gün axşam saatlarında ölü tapılması ilə üzə çıxıb. İkinci cinayətin isə başqa bir kişi ilə başqa bir moteldə eyni üsulla törədildiyi iddia olunur.

 

Şübhəlinin reseptlə verilən psixiatrik dərmanları içkiyə qataraq qurbanlara verdiyini etiraf etdiyi də bildirilib.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#koreyada #cənubi #vasitəsilə #gündəm #“chatgpt”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər