Cümhuriyyətimizin qurucusu Atatürk 87 il əvvəl dünyasını dəyişib
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatından 87 il keçir.
1881-ci ildə Salonikidə doğulan Atatürk hərbi təhsil alıb, Çanaqqala döyüşlərində qəhrəmanlığı ilə tanınıb.
1919-cu ildə Samsuna çıxaraq istiqlal mübarizəsini başladıb, 1923-cü ildə Cümhuriyyəti elan edib və Türkiyənin ilk prezidenti olub.
Onun rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyi, təhsil və mədəni sahələrdə geniş islahatlar həyata keçirilib.
Atatürk “Yurdda sülh, cahanda sülh” prinsipi ilə müasir, müstəqil Türkiyənin təməlini qoyub.
TRT Haber
Aişə Mustafayeva