C130 Cargo təyyarəmiz Gürcüstanda qəzaya uğrayıb
Milli Müdafiə Nazirliyi Azərbaycandan Türkiyəyə havaya qalxan C130 yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə məlumat yayıb.
Milli Müdafiə Nazirliyinin sosial media hesabında yayılan açıqlamada, “Azərbaycandan ölkəmizə uçan C130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Gürcüstan rəsmiləri ilə koordinasiyalı olaraq axtarış-xilasetmə işlərinə başlanılıb. Bu barədə ictimaiyyətə hörmətlə məlumat verilir” deyilir.
TRT XƏBƏR
Ləman Mahmudlu