00:00:00
Yazar
Aydan Əsgərxanlı
12.07.2026 20:35 21 1 dəq oxuma
Dünya

Canni İnfantino: "Hər gün Trampla danışırıq"

Canni İnfantino: "Hər gün Trampla danışırıq"

FIFA prezidenti Canni İnfantino ABŞ Prezidenti Donald Trampla 2026-cı il dünya çempionatı zamanı mütəmadi əlaqə saxladığını bildirib.

 

"İnformator.az" RBK-ya istinadən xəbər verir ki, o, bu barədə İsveçrənin "Blue Sport" nəşrinə müsahibəsində danışıb.

 

"Biz mütəmadi danışırıq, demək olar ki, hər gün. O, turnirdən razıdır və bundan zövq alır. Bütün oyunları televiziya vasitəsilə izləyir", - deyə İnfantino bildirib.

 

FIFA prezidenti Trampın indiyədək dünya çempionatının oyunlarını stadiondan izləməməsinin səbəbini də izah edib.

 

"O, stadiona gəlsə, insanlar soruşacaqlar: "Dünyada bu qədər hadisə baş verərkən o, burada nə edir?" - deyə İnfantino bildirib.


FIFA prezidenti, həmçinin ABŞ prezidentinin administrasiyası ilə daim əlaqədə olduğunu və onların turnirin təşkilini çox uğurla həyata keçirdiyini vurğulayıb.

#xəbər #yeni #gündəm #canni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər