00:00:00
Yazar
Admin User
04.12.2025 15:27 82 1 dəq oxuma
Dünya

CAR G20-də fəaliyyətini müvəqqəti dayandırır

CAR G20-də fəaliyyətini müvəqqəti dayandırır

Cənubi Afrika Respublikası ABŞ-nin sədrlik etdiyi dövrdə G20-nin ilk iclasında iştirak üçün dəvət almadığına görə buradakı fəaliyyətinə fasilə verib.

 

"İnformator.az" xəbər verir ki, bunu CAR Prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya bildirib.

 

O əlavə edib ki, Pretoriya G20-də fəal işini 2026-cı ilin dekabrında, sədrliyin ABŞ-dən Böyük Britaniyaya keçməsi ilə bərpa edəcək.

 

"Bir ildən sonra Böyük Britaniya G20-yə sədrlik edəcək və biz yenidən bütün dünya üçün həqiqətən vacib olan məsələləri məzmunlu və əhatəli şəkildə müzakirə edə biləcəyik", - rəsmi nümayəndə vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər