00:00:00
Yazar
Admin User
26.08.2024 10:39 391 1 dəq oxuma
İdman

Carlos Sainz: "Monzaya böyük həvəslə gedirik"

Carlos Sainz: "Monzaya böyük həvəslə gedirik"

Ferrari pilotu Carlos Sainz həftəsonuna çətin başlasa da, müsbət yarış keçirdiklərini bildirib.

Komandanın güclü oyun nümayiş etdirdiyini bildirən Sainz Monzaya yüksək əhval-ruhiyyə ilə gedəcəklərini vurğulayıb.

İspan, Hollandiya Qran Prisindən sonra "Yarışın bu qədər yaxşı olacağını qətiyyən düşünməzdim. Düşünürəm ki, bu ilin mahiyyəti bundadır, maşınların nə etdiyini başa düşmək çox çətindir. Dünən biz poul mövqeyindən bir saniyə uzaqda idik, lakin yarışı 5-ci yerdə başa vurduq. Gözlənilməz dərəcədə müsbət yarış oldu. Biz yarış boyu yaxşı ötmələr etdik və xüsusilə sərt təkərdə sürətli tempimiz var idi. Çarlz da çox yaxşı bazar günü keçirdi və mən komanda üçün xoşbəxtəm. Biz Monzaya mütləq yüksək əhval-ruhiyyə ilə gedəcəyik. Tifosinin qarşısında yarışmaq üçün səbirsizlənirəm".

Mənbə: Motorsports
Məhəmməd Qasımov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər