Çarukyan həbs edilib
Ermənistanda məhkəmə müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Çarukyana qarşı dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl Qaqik Çarukyanın evində axtarış aparılmışdı.