Cəbhədəki vəziyyəti qorumaq üçün kifayət qədər vasitələrimiz var
Ukraynanın Baş naziri Denis Şmıqal, ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq qərarına münasibət bildirib.
Şmıqal, ABŞ-nin əvvəlki yardımlarına görə təşəkkür edərək, Ukraynanın döyüş meydanında fəaliyyətini davam etdirmək üçün kifayət qədər resurslara malik olduğunu vurğulayıb. O, həmçinin ABŞ ilə əlaqələrin davam etdirilməsinin əsas hədəflərdən biri olduğunu qeyd edib. ABŞ rəsmiləri yardımın dayandırıldığını elan edərək, bunun münaqişəyə təsirini izləyəcəklərini bildiriblər. Demokrat senatorlar isə bu qərarın Rusiya Prezidenti Vladimir Putinin siyasətinə fayda verə biləcəyini düşünürlər. Senator Janna Şaxin, yardımın dayandırılmasının Rusiya hücumlarını artıracağına səbəb ola biləcəyini deyib.
Bənövşə Zahidli
Haber Türk