Çeçenistanda konstruksiya çöküb
Çeçenistanın İşxoy-Yurt kəndində yas mərasimi zamanı müvəqqəti taxta konstruksiya uçub.
"İnformator.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 84 nəfər həkimə müraciət edib. Təcili tibbi yardımdan sonra 43 xəstə xəstəxanaya yerləşdirilib. Onlardan ikisi reanimasiya şöbəsindədir. Qalanları ambulator müalicə alıblar və yaşayış yeri üzrə həkim nəzarətindədirlər.