Çempionlar Liqası: “Sabah” – TNS oyunu başlayıb
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında ilk oyun başlayıb.
"İnformator.az" xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.