00:00:00
Yazar
Lalə Qafarova
19.02.2026 20:00 87 2 dəq oxuma
Siyasət

Cenevrədə üçtərəfli danışıqların ikinci günü keçirilib

 Cenevrədə üçtərəfli danışıqların ikinci günü keçirilib

Cenevrədə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci gününə start verilib.

 

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, artıq ABŞ-nin vasitəçiliyi ilə aparılan Rusiya-Ukrayna danışıqlarının təxminən bir illik təcrübəsi formalaşıb:

 

"Donald Tramp hakimiyyətə gəldikdən sonra bu təşəbbüslə çıxış edib və Rusiya ilə Ukrayna arasında danışıqlarda yeganə vasitəçi ola biləcəyini bildirib. Bir il davam edən danışıqlara baxmayaraq, hələ də ciddi razılaşma əldə olunmayıb. ABŞ-nin təzyiqlərinə və cəhdlərinə baxmayaraq, müharibə davam edir və yaxın vaxtda razılaşma gözlənilmir.

Danışıqlarda ədalət və beynəlxalq hüquq prinsiplərinin əsas götürülmədiyi barədə fikirlər var. ABŞ-nin vasitəçiliyi də suallar doğurur. Bəzi rəylərə görə, ABŞ bu prosesdə vasitəçidən çox tərəf kimi çıxış edir və Ukraynanı müəyyən güzəştlərə məcbur etməyə çalışır. Eyni zamanda, Avropaya silah satır və onların Ukraynaya göndərilməsini təmin edir. Bu isə danışıqların obyektivliyini şübhə altına alır. Belə  şəraitdə ciddi nəticə gözləmək çətindir. Ukrayna isə ərazi bütövlüyündə israr edir. Volodimir Zelenski dəfələrlə bəyan edib ki, Krım da daxil olmaqla Ukraynanın heç bir ərazisi güzəştə gedilə bilməz. Torpağın sahibi xalqdır və bu mövqe dəyişməzdir. Bəzi Avropa ölkələrinin həm Ukraynanı dəstəkləyib, həm də Rusiya ilə gizli danışıqlar apardığına dair iddialar var. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir. Ukrayna xalqının əzmkarlığı və azadlıq ruhu diqqət çəkir. Zelenski isə bu prosesdə tarixi məsuliyyət daşıdığını anlayaraq hərəkət edir". 

 

Sonda deputat qeyd edib ki, mövcud şəraitdə danışıqlardan ciddi nəticə gözləmək inandırıcı deyil. ABŞ-nin müharibənin tezliklə başa çatmasında maraqlı olmadığına dair fikirlər də səslənir. İddialara görə, ABŞ müxtəlif bölgələrdə strateji məqsədlər güdür. Hətta bəzi Amerika rəsmiləri avqusta qədər müharibə bitməsə, ABŞ-nin vasitəçilikdən imtina edə biləcəyini bildiriblər. Bu isə müharibənin yaxın perspektivdə davam edəcəyi ehtimalını artırır.

 

Selcan Xudiyeva

#keçirilib #yeni #üçtərəfli #danışıqların #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər