00:00:00
Yazar
Admin User
22.09.2025 16:59 105 2 dəq oxuma
Siyasət

Çexiya prezidenti: NATO Rusiyaya hərbi yolla cavab verməlidir

Çexiya prezidenti: NATO Rusiyaya hərbi yolla cavab verməlidir

Çexiya Prezidenti Petr Pavel deyib ki, Rusiya tərəfindən pozuntu halında NATO Rusiya təyyarəsinin vurulmasını istisna etmədən, buna uyğun cavab verməlidir.


Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Vüqar Rəhimzadə “İnformator.az” a açıqlamasında bildirib ki, Rusiya ilə NATO arasında münasibətlər daha da kəskinləşib:


“Mövcud geosiyasi qarşıdurma, Rusiya-Ukrayna müharibəsi Qərblə Rusiya arasında konfrontasiya riskini xeyli artırıb. Polşanın hava məkanının pozulmasından sonra NATO alyansın şərq cinahında mövcudluğunu gücləndirdiyini elan edib. Fransa, Böyük Britaniya, Almaniya və Danimarka kimi ölkələrin iştirak etdiyi “Eastern Sentryi” adlı hərbi təlimi keçirilib. Polşa müttəfiqlər tərəfindən təhlükəsizlik sahəsində mövcud vəziyyəti və təhdidlərə qarşı birgə tədbirləri müzakirə edilməsini nəzərdə tutan NATO Nizamnaməsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələrin təşəbbüskarı olub. Estoniyada da 2 həftəlik NATO təlimləri başlayıb. Təlimdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi iştirak edir. Əsas fəaliyyətlər Baltikyanırespublikanın şimal, qərb və şərq hissələrində baş verəcək. Təlimlər çərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişə zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə mübarizə aparacaqlar”.


Əlavə olaraq Vüqar Rəhimzadə bildirib ki, Çexiya Prezidenti Petr Pavel isə bildirib ki, Rusiya tərəfindən pozuntu halında NATO Rusiya təyyarəsinin vurulmasını istisna etmədən, buna uyğun cavab verməlidir, o cümlədən hərbi yolla:

 

“O, bu barədə Çexiya televiziyasının efirində bildirib. O qeyd edib ki, hərbi cavab Rusiya təyyarəsinin vurulmasını əhatə edə bilər. Keçirilən təlimlər, hava məkanlarının pozulması hərbi toqquşma riskini artırır.
Göründüyü kimi dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara fəlakətlərə zəmin yaradır. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Prezident İlham Əliyev “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogenfəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib ki, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Azərbaycan müstəqil siyasət həyata keçirən dövlət olaraq yalnız regionda deyil, dünya miqyasında da etibarlı siyasi, strateji, iqtisadi tərəfdaş kimi özünü sübut edib. Həyata keçirilən və müasir çağırışlara uyğun, riskləri nəzərə alan hərtərəfli, çoxvektorlu siyasət Azərbaycan dövlətinin milli maraqlarının təmin olunmasınaəsaslanır və ölkəmizi risklərdən sığortalayır. Mümkün hərbi toqquşmalar, hərbi ritorikanın güclənməsi dünyada təhlükəsizliyə, o cümlədən enerji təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu toqquşmaların qarşısını almaq üçün dünya dövlətlərinin rasional siyasət həyata keçirmələri zəruridir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər