Çexiyada hərbi obyektlər üzərində naməlum PUA-lar müşahidə edilib
Çexiya səmasında hərbi obyektlər üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib.
"İnformator.az" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahından bildirilib.
Rəsmilər söhbətin məhz hansı obyektlərdən getdiyini açıqlamırlar. Baş Qərargahın mətbuat katibi Zdenka Sobarnya-Koşvantseva qeyd edib ki, məlumat məxfidir.
Ordunun nümayəndəsi zərurət yarandığı halda uçuş aparatlarını zərərsizləşdirməyə hazır olduqlarını təsdiqləyib.
Onun sözlərinə görə, ordu NATO-dakı tərəfdaşlarla əlaqə saxlayır, bununla belə, o, təfərrüatları açıqlamayıb.