00:00:00
Yazar
Admin User
22.11.2025 08:53 99 1 dəq oxuma
Dünya

Cey Di Vens ABŞ-nin Ukrayna ilə bağlı planını tənqid edənlərə cavab verib

Cey Di Vens ABŞ-nin Ukrayna ilə bağlı planını tənqid edənlərə cavab verib

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Birləşmiş Ştatların Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı planının tənqid edilməsi yerlərdəki reallığın başa düşülmədiyini nümayiş etdirir. Onun sözlərinə görə, hər bir sülh planı həm Moskva, həm də Kiyev üçün məqbul olmalıdır.

 

“İnformator.az” xəbər verir ki, vitse-prezident bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

“Administrasiyanın üzərində çalışdığı sülh sazişini tənqid edən şəxs ya onu düzgün başa düşmür, ya da bəzi yerlərdəki böhranlı reallıqları düzgün şərh etmir”, - deyə o qeyd edib.

 

Vens vurğulayıb ki, hər hansı potensial plan münaqişənin yenidən başlanması ehtimalını maksimum dərəcədə azaltmalıdır. Onun fikrincə, belə bir illüziya mövcuddur ki, ABŞ tərəfindən pul, silah tədarükünün artırılması və ya daha çox sanksiyaların tətbiq edilməsi Ukraynanın tez bir zamanda qələbəsinə gətirib çıxaracaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər