CeyLo ilə tanış olmaq istəyənlər 100 min ödəyəcək
Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopezin İstanbul konserti ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Konsertdə pərəstişkarları Lopezlə görüşmək imkanı əldə edəcəklər.
Belə ki, 100 min lirədən başlayan qiymətlərlə satışa çıxarılan “Meet & Greet” biletlərini alan 50 nəfər sənətçi ilə bir araya gəlib, söhbət edib şəkil çəkdirə biləcək.
Hürriyet
Fatimə Şahverdiyeva