“Change PR Azərbaycan” “PR nədir və onun istiqamətləri” mövzusunda maarifləndirici vebinar təşkil edib
21 avqust tarixində “Change PR Azərbaycan” tərəfindən təşkil olunan vebinar tələbələr və PR sahəsinə maraq göstərən şəxslər arasında böyük marağa səbəb olub. Vebinarın spikeri “Change PR Qazaxıstan”ın direktoru Tarıyel Calallı ictimaiyyətlə əlaqələrin tarixi və bu günü haqqında danışıb. T. Calallı bildirib ki, PR yalnız ənənəvi media ilə əməkdaşlıqdan ibarət deyil, həm də brendlərin reputasiyasını, ictimai imicini və strateji kommunikasiya xəttini müəyyənləşdirən əsas vasitədir.
Müasir dövrün tələbləri haqqında da danışan spiker iştirakçılara rəqəmsal PR haqqında da məlumat verib. O, xüsusilə rəqəmsal PR, media münasibətləri, kontent strategiyası və PR-ın SMM, marketinq və digər sahələrdən fərqi haqqında danışıb və PR mütəxəssislərinin yeni media mühitinə uyğunlaşmasının vacibliyini vurğulayıb, gələcəkdə kommunikasiya sahəsində trendlərin daha çox rəqəmsallaşma, süni intelekt üzərində qurulacağını bildirib.
İnteraktiv formatda keçirilən vebinarda iştirakçılar da mövzu ilə bağlı fikirlərini bölüşüblər və spikerə suallarını ünvanlayıblar.
“Change PR Azərbaycan” komandası bu cür maarifləndirici tədbirlərin davamlı olacağını və gələcəkdə də sahənin inkişafı üçün yeni təşəbbüslərlə çıxış edəcəyini bildirib.
Change PR Azerbaijan