ChatGPT eşidəcək, görəcək və hətta danışacaq
OpenAI şirkəti ChatGPT-nin artıq "görəcəyini, eşidəcəyini və danışa biləcəyini" açıqlayıb.
OpenAI-nin açıqlamasında, ChatGPT-də yeni audio və video imkanların olacağı vurğulanıb.
Yeni funksiyalar səsli zənglər etməyə və ya ChatGPT-də danışılanları göstərməyə imkan verəcək, audio və video isə ChatGPT-dən istifadə üçün daha çox yol təqdim edəcək.
Açıqlamada bildirilib ki, qarşıdakı iki həftə ərzində ChatGPT-də audio və şəkillər “Plus” və “Enterprise” istifadəçiləri üçün əlçatan olacaq, audio iOS və Android əməliyyat sistemlərindəki parametrlərdən aktivləşdirilə bilər və vizuallar bütün platformalarda mövcud olacaq.
İstifadəçilər bu yeniliklər vasitəsilə həm də ChatGPT ilə şəkilləri paylaşa biləcəklər
Nigar
