CHP Mərsin millət vəkili Çakır, xaric edilmə tələbi ilə intizam şurasına göndərilib
CHP Mərsin Millət vəkili Həsən Ufuk Çakır daimi xaric edilmə tələbi ilə intizam məsuliyyətinə cəlb edilib.
CHP Sədr müavini və Partiya sözçüsü Zeynel Emre, CHP Mərsin Millət vəkili Həsən Ufuk Çakırın partiyaya qarşı son açıqlamalarına görə, Mərkəzi İcra Komitəsinin (MİK) daimi xaric edilmə tələbi ilə Partiya Məclisinə (MMK) göndərildiyini açıqlayıb.
Həsən Ufuk Çakır sosial mediada bunları paylaşıb: "Partiya daxili tənqidlərimə görə MİK-ə daimi xaric edilmə tələbi ilə göndərildiyimi öyrəndim. Bu prosesi gözləmədən öz istəyimlə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvlüyündən istefa verirəm".
Həsən Ufuk Çakır sabah keçiriləcək mətbuat konfransında bu məsələ ilə bağlı ətraflı açıqlama verəcəyini bildirib. CHP-nin sədr müavini və partiya sözçüsü Zeynel Emre, CHP Mərsin millət vəkili Həsən Ufuk Çakırın partiyaya qarşı son açıqlamalarına görə Mərkəzi İcra Şurası (MYK) tərəfindən Partiya Məclisinə (PM) birdəfəlik xaric edilməsi tələbi ilə müraciət etdiyini açıqlayıb.
TRT Xəbər
Xədicə Məhərrəmli