CHP qurultayı ilə bağlı məhkəmə işi bu gün keçiriləcək
Bu gün keçiriləcək CHP-nin 38-ci Qurultayının ləğvi tələbi ilə açılan məhkəmə işində “mütləq etibarsızlıq” qərarı, partiyaya qəyyum təyin olunması, məhkəmənin təxirə salınması və ya iddianın rədd edilməsi ehtimalları müzakirə olunur.
Gərginliyin yüksək olduğu CHP-də, Ümumi Başqan Özgür Özəl və rəhbərliyi üçün “mütləq etibarsızlıq qərarı ilə Kemal Kılıçdaroğlunun partiya rəhbərliyinə qayıtması”, Kılıçdaroğlu tərəfdarları üçün isə “qəyyum təyin olunması” ən pis ssenari kimi qiymətləndirilir.
“Qurultaylar partiyası” kimi tanınan CHP bu dəfə mübarizəni qurultay zalında deyil, məhkəmə salonunda aparmalı olur. Partiyanın 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş və Kemal Kılıçdaroğlunun 13 illik liderlik vəzifəsini Özgür Özələ təhvil verdiyi 38-ci Qurultayının ləğvi ilə bağlı açılan məhkəmə işinin ikinci iclası bu gün Ankaradakı 42-ci Asliye Hüquq Məhkəməsində keçiriləcək.
Məhkəmədən “mütləq etibarsızlıq” qərarının çıxması ehtimalı gündəmdədir. Əgər belə bir qərar verilsə, 2023-cü il qurultayında başqanlığı Özgür Özələ təhvil verən Kılıçdaroğlunun bu dəfə məhkəmə qərarı ilə yenidən partiya rəhbərliyinə qayıtması gündəmə gələcək.
BBC News
Fatimə Heydərova