00:00:00
Yazar
Admin User
20.10.2025 13:49 324 1 dəq oxuma
Siyasət

“Ciddi danışıqlara və real addımlara ehtiyac var”

“Ciddi danışıqlara və real addımlara ehtiyac var”

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola biləcəyinə əmindir və qeyd edib ki, ABŞ və Rusiyanın ticarət üçün əla potensialı var.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Prezidenti Donald Trampın əsas hədəfi iqtisadiyyatı yüksəltmək, göstəriciləri maksimum həddə çatdırmaqdır:

 

“Bəlkə də bu, onun uzun müddət bizneslə məşğul olduğunun göstəricisidir. Ukraynaya daha mükəmməl dəstək verməməsi həm Avropa ilə tərəddüdlü məsələlərin olmasına, həm də Rusiya ilə gələcəkdə ticarət əlaqələrinin inkişafına maraqlı olmasına görədir. Böyük əraziləri olan, geniş imkanlara sahib bir ölkə ilə ticarət əlaqələri qurub iqtisadiyyatı yüksəltmək istəyir. Sülh üçün yol həmişə açıqdır. Lakin ciddi danışıqlara və real addımlara ehtiyac var. Əgər Tramp bu addımları atacaqsa şübhəsiz ki, sülh əldə olunacaq. Şübhəsiz ki, sülhün şərtləri olmalıdır və mümkündür ki, Rusiya müəyyən qədər geri çəkilməli olsun. ABŞ-nin sülh planı əsasında məsələni həll etməsi onun regionda nüfuzunu Avropadan önə keçirəcək. Ukraynanın təhlükəsizlik strategiyasına əlverişli olması üçün Avropanın bu prosesdən təcrid edilməməsi lazımdır. Ola bilsin balansı qoruyacaqlar. Əks halda başqa problemlər və ziddiyyətlər meydana çıxa, sülh məsələsi uzana bilər”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər