00:00:00
Yazar
Admin User
11.10.2025 05:41 115 1 dəq oxuma
Dünya

Çilidə sunami xəbərdarlığı edilib

Çilidə sunami xəbərdarlığı edilib

Çilinin Təbii Fəlakətlə Mübarizə Milli Xidməti Dreyk boğazında baş verən zəlzələdən sonra ölkənin cənubunda sunami təhlükəsi barədə xəbərdarlıq edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Xidmətin saytında məlumat verilib.

 

"Xidmət Maqallanes bölgəsindəki Kabo-de-Oornos kommunasında qırmızı sunami xəbərdarlığı edib. Xəbərdarlıq bu gündən qüvvədədir və şərait tələb edənə qədər qüvvədə qalacaq", - məlumatda deyilir.

 

Çilinin Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti də ölkənin Antarktika bazaları üçün xəbərdarlıq edib. Orada yerləşən şəxsi heyətə sahildən uzaq durmaq tövsiyə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər