Çin 10 ildən sonra Liviyada diplomatik fəaliyyətini bərpa edir
Çin 10 illik fasilədən sonra Liviyanın paytaxtı Tripolidəki səfirlik fəaliyyətini bərpa edib.
Liviya Milli Birlik Hökumətinin Xarici İşlər Nazirliyinin açıqlamasında bütün Çin səfirlik heyətinin bu gündən etibarən Tripoliyə köçdüyü bildirilib.
Qeyd edilib ki, Çinin Tripolidəki səfirlik fəaliyyətini bərpa etməsi əhəmiyyətli bir addımdır və iki ölkə arasındakı dərin əməkdaşlığın və dostluğun əksidir.
Bəyanatda deyilir: "Bu addım iki ölkə arasında birbaşa ünsiyyəti və əməkdaşlığı gücləndirəcək və hər iki dost ölkənin maraqlarına xidmət edən birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradacaq". Ümid edilir ki, konsulluq xidmətlərinin tezliklə bərpa olunması gözlənilir.
Liviyada uzun müddət davam edən vətəndaş müharibəsi səbəbindən bir çox ölkə Tripolidəki səfirliklərini bağlayıb və onları Tunisə köçürüb.
TRT Xəbər
Xədicə Məhərrəmli