Çin Aİ-dən donuz əti idxalına dair araşdırmanı uzadıb
Çin Avropa İttifaqından (Aİ) idxal olunan donuz əti məhsulları ilə bağlı apardığı anti-dempinq araşdırmasını altı ay müddətinə uzadıb. Bu barədə ölkənin Ticarət Nazirliyi çərşənbə axşamı məlumat yayıb. Nazirlik uzadılmanın səbəbini işin mürəkkəbliyi ilə izah edib.
Araşdırma ilk dəfə 17 iyun 2024-cü ildə başladılmışdı və bu həftə yekunlaşmalı idi. Lakin yeni qərara əsasən, proses 16 dekabr 2025-ci ilədək davam edəcək.
Bu addım, Pekin ilə Brüssel arasında mövcud olan ticarət gərginlikləri fonunda atılıb. Ekspertlər bu araşdırmanı, Aİ-nin keçən il Çində istehsal olunan elektrikli avtomobillərə qarşı tətbiq etdiyi anti-subsidiya rüsumlarına cavab olaraq qiymətləndirirlər.
Çinin araşdırmanı uzatması iki böyük iqtisadiyyat arasında artan ticarət gərginliyinin davam etdiyini göstərir.
ANEWZ
Gülhüseynova Güllər