00:00:00
Yazar
Admin User
08.11.2025 04:07 86 1 dəq oxuma
Dünya

Çin etiraz edib

Çin etiraz edib

Çin Tayvanın müstəqilliyini dəstəkləyən şəxslərin Avropa Parlamentinin binasını ziyarət etməsi və orada konfrans keçirməsi ilə bağlı Avropa İttifaqına (Aİ) etirazını bildirib və ciddi nota təqdim edib.

 

"İnformator.az" xəbər  verir ki bu barədə Çin Xalq Respublikasının Aİ-dəki xarici siyasət missiyasının saytında yayımlanan bəyanatda qeyd olunub.

 

"Çin əleyhinə fəaliyyət göstərən təşkilat – Çin üzrə Parlamentlərarası Alyans ("Inter-Parliamentary Alliance on China") Avropa Parlamentinin binasında illik toplantı keçirib. Çinin qəti etirazına baxmayaraq, Avropa Parlamenti Tayvan administrasiyası rəhbərinin müavini Syao Meyçin və Tayvanın müstəqilliyi hərəkatının digər aparıcı üzvlərinə binanı ziyarət etməyə, illik görüşdə iştirak etməyə və separatçı fəaliyyət göstərməyə icazə verib. Çin bu hadisəyə görə güclü narazılığını, qəti etirazını ifadə edib və Avropa tərəfinə ciddi nota təqdim edib", - bəyanatda bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər