00:00:00
Yazar
Admin User
09.04.2025 16:58 223 2 dəq oxuma
Siyasət

"Çin hər zaman Rusiya ilə iqtisadi, ticari və hərbi mənada dərin əməkdaşlığı olan bir ölkədir"

"Çin hər zaman Rusiya ilə iqtisadi, ticari və hərbi mənada dərin əməkdaşlığı olan bir ölkədir"

"Çin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü dəstəkləyir”

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə KİV nümayəndələri ilə görüşdə deyib.

 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov "informator.az"a açıqlamasında bildirib ki, Çin hər zaman Rusiya ilə iqtisadi, ticari və hərbi mənada dərin əməkdaşlığı olan bir ölkədir:

 

"Hələ Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl Çinlə Rusiya arasındakı əlaqələr yüksək səviyyədə inkişaf edirdi.
Çin rəsmi olaraq, Rusiya-Ukrayna müharibəsində hansısa bir tərəfi tutmadığını vurğulayıbdır. Amma Zelenskinin sonuncu açıqlamaları və Rusiya tərəfində döyüşdüyü söylənilən hərbçilərin görüntülərinin yayılmağı da Çinin həm Ukrayna ilə münasibətlərinə köklü zərbə vuracaq, həm də eyni zamanda burada beynəlxalq ictimaiyyətin buna münasibəti məsələsi çox ciddi qarışıqlığa səbəb ola bilər. Nə qədər siyasi sistemlər fərqli olsa da, Avropa İttifaqı ilə Çin arasında iqtisadi əməkdaşlıq dərin köklərə malikdir. Rəqəmlər də onu göstərir ki, Çin Avropa İttifaqı ilə münasibətlər inkişaf edir. Amma Rusiya-Ukrayna müharibəsində Çin hərbçilərinin görüntülərinin yayılması bu əməkdaşlıq modelinə hansı formada təsir göstərəcəyini zaman göstərəcək".

 

Politoloq qeyd edib ki, Çin vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirakı təsdiqlənərsə, bu Çinlə qərb ölkələri arasında ciddi diplomatik skandala da səbəb ola bilər:

 

"Hər bir halda Şimali Koreya əsgərlərinin Rusiya tərəfində döyüşdüyü bəlli idi.
Amma Şimali Koreyanın izolyasion siyasi sistemi ve eyni zamanda qərblə əlaqələrinin olmaması Şimali Koreya üçün problem deyil. Çinin qərblə bir çox sahələrdə əməkdaşlıqları mövcuddur. Rusiya-Ukrayna müharibəsində Çin vətəndaşlarının müəyyən edilməsi, sonrakı dövrdə Çinin qərb sistemi ilə əlaqələrinə hansı formada təsir göstərəcəyini zaman göstərəcək. Hər bir halda iqtisadi münasibətlər sisteminin pozulmayacaq. Siyasi mənada Çinlə Avropa ölkələri arasındakı gərginliyin və ziddiyyətlərin daha da dərinləşəcək".

 

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər