Çin İranda yaşayan vətəndaşlarına ölkəni tərk etmələri barədə xəbərdarlıq edib
Çin ABŞ-nin hərbi hücum təhdidi altında olan İranda xarici təhlükəsizlik risklərinin artması səbəbindən vətəndaşlarına ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
Çinin İranda səfirliyi və baş konsulluqları verdikləri xəbərdarlıqda bildiriblər ki, İran yaxın zamanda xarici təhlükəsizlik risklərinin ciddi şəkildə artdığı bir vəziyyətdədir və bir çox ölkələr vətəndaşlarına ölkəni tərk etmələrini tövsiyə edən xəbərdarlıqlar yayıblar.
Xəbərdarlıqda Çin vətəndaşlarına İranı ziyarət etməkdən çəkinmələri tövsiyə olunur, hazırda ölkədə olan vətəndaşlardan isə təhlükəsizlik tədbirlərini artırmaları və ən qısa zamanda ölkəni tərk etmələri istənilir.
Bildirilib ki, Çinin İrandakı və qonşu ölkələrdəki səfirlik və konsulluqları Çin vətəndaşlarına dəstək göstərəcək, ticarət uçuşları və yol vasitəsilə transferlər təmin olunacaq.
TRT XƏBƏR
Lalə Qurbanlı
