00:00:00
Yazar
Admin User
08.05.2023 17:09 292 1 dəq oxuma
Dünya

Çin KOVID-19-u "B sinif epidemiyası" saymağa davam edəcək

Çin KOVID-19-u "B sinif epidemiyası" saymağa davam edəcək

Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyət" statusunu ləğv etdiyini elan etdikdən sonra, COVID-19-u "B sinif epidemiyası" kimi təsnif etməyə davam edəcəyini söyləyib.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının rəsmiləri keçirdikləri mətbuat konfransında ÜST-ün qərarının qlobal riskin aradan qalxması demək olmadığını, ancaq təcili vəziyyət əvəzinə xəstəliyi digər epidemiyalar kimi müalicə etməyin vaxtının gəldiyini bildiriblər.

 

Rəsmilər qeyd ediblər ki, Çin artıq COVID-19-u “B sinif epidemiyası” kimi təsnif edib və bu kontekstdə tədbirlər görməyə davam edəcək.

 

Komissiyanın Nazirlik statuslu sözçüsü Mi Fınq, virusun hələ də mutasiyaya uğradığını və yerli səviyyədə yayılmağa davam etdiyinə diqqət çəkərək, yerli hökumətlərin və səhiyyə qurumlarının əhalinin sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər