Çin lideri G20 sammitində iştirakdan imtina edib
Çin lideri Si Cinpin Cənubi Afrika Reapublikasında keçiriləcək G20 sammitində iştirakdan imtina edib. Çini sammitdə Baş nazir Li Keqiang təmsil edəcək. ABŞ və Rusiya Prezidentləri daha əvvəl sammitdə iştiraklarını ləğv ediblər.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, məlumdur ki, Cənubi Afrikada Qərbin bir çox maraqları var və bu maraqlar çox zaman Rusiya və digər dövlətlərin məqsədləri ilə toqquşur:
"Təbiidir ki, Qərb hər zaman öz xeyrinə planlaşdırıdığı niyyətləri baş tutmadıqda digərlərini insan haqlarını, demokratiyanı pozmaqda günahlandırır. Lakin bununla yanaşı Cənubi Afrikada etnik zəmində ayrı-seçkilik hallarının olması haqda da məlumatlar var. Siyasi liderlərin məlum sammitə qatılmaması beynəlxalq zəmində narahatlıqları artıra və həlli mümkün bir çox problemləri dərinləşdirə bilər. Təbii ki, iştirakdan imtina ölkələrin daxilində fərqli siyasi cəbhələrdə siyasi gərginliyə səbəb ola və beynəlxalq imic məsələsində də narahatlığa səbəb ola bilər".
Günel Əlili
