Çin, Rusiya ilə Ukrayna arasındakı sülh danışıqlarına dəstəyini yenidən ifadə edib
Çin, Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında başlanan sülh danışıqlarına dəstəyini bir daha bəyan edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirilən mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.
Sözçü Lin, Çinin sülhü təşviq etməyə yönələn bütün səyləri və Rusiya ilə Ukrayna arasında birbaşa danışıqları dəstəklədiyini vurğulayaraq, “Ümid edirik ki, tərəflər hamının qəbul edə biləcəyi ədalətli, davamlı və bağlayıcı bir sülh razılaşmasına nail olmaq üçün çalışmaqda davam edərlər”, -deyə bildirib.
Lin, Ukrayna probleminə dialoq və danışıqlar yolu ilə yekun siyasi həllin tapılacağına ümid etdiklərini qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin, 11 may tarixində, üç il əvvəl dayandırılan birbaşa danışıqların 15 mayda, heç bir ilkin şərt olmadan İstanbulda yenidən başlanmasını təklif edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan ev sahibliyi etməsini istəyib.
Ukrayna rəhbərliyi bu təklifə müsbət cavab verib. Beynəlxalq ictimaiyyət isə İstanbulda keçiriləcək sülh danışıqları gündəmini məmnunluqla qarşılayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Putini Ankarada gözləyəcəyini açıqlayıb, 15 mayda Ankaraya gələrək Prezident Ərdoğanla görüşüb.
Digər tərəfdən, Putin danışıqlar üçün İstanbulda Rusiya heyətini göndərən, lakin özü Türkiyəyə gəlməyib.
TRT Xəbər
Nuray Əliyeva