00:00:00
Yazar
Admin User
16.05.2025 16:46 162 1 dəq oxuma
Dünya

Çin Rusiya-Ukrayna sülh danışıqlarını dəstəklədiyini bir daha bəyan edib

Çin Rusiya-Ukrayna sülh danışıqlarını dəstəklədiyini bir daha bəyan edib

Çin Rusiya ilə Ukrayna arasında İstanbulda başlayan və Türkiyənin ev sahibliyi etdiyi sülh danışıqlarına bir daha dəstəyini ifadə edib.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı qiymətləndirmə edib.

 

Çinin Rusiya ilə Ukrayna arasında sülh və birbaşa danışıqları təşviq etmək üçün bütün səyləri dəstəklədiyini vurğulayan sözçüsü Lin, "Ümid edirik ki, tərəflər hamının qəbul edə biləcəyi ədalətli, qalıcı və məcburi bir sülh razılaşması əldə etmək üçün səylərini davam etdirəcəklər",- dedi.

 

Lin ümidvar olduğunu bildirib ki, Ukrayna məsələsinin yekun siyasi həlli dialoq və danışıqlar yolu ilə tapılacaq.

 

Rusiya prezidenti Vladimir Putin mayın 11-də İstanbulda 3 il əvvəl kəsilən birbaşa danışıqların mayın 15-də heç bir şərt olmadan yenidən başlaması təklifini gündəmə gətirərək, prezident Rəcəb Tayyib Ərdoğandan onları qəbul etməyi xahiş edib.

 

Ukrayna administrasiyası buna müsbət cavab versə də, beynəlxalq ictimaiyyət də İstanbul sülh danışıqlarının gündəmini alqışlayıb.

 

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Putini Ankarada gözləyəcəyini açıqlayıb və mayın 15-də Ankaraya gələrək prezident Ərdoğanla görüşüb.

 

Digər tərəfdən Putin Rusiya nümayəndə heyətini danışıqlar üçün İstanbula göndərdi, ancaq Türkiyəyə gəlmədi.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər