00:00:00
Yazar
Güllər Gülhüseynova
21.05.2026 09:45 35 1 dəq oxuma
Dünya

Çin Tayvana görə ABŞ rəsmisinin Pekinə səfərini gecikdirir

Çin Tayvana görə ABŞ rəsmisinin Pekinə səfərini gecikdirir

Çin, Tayvana 14 milyard dollarlıq silah paketi ilə bağlı müzakirələr fonunda ABŞ müdafiə nazirinin müavini Elbric Kolbinin Pekinə mümkün səfərinin təsdiqini təxirə salır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

 

Nəşr qeyd edib ki, Kolbi əvvəllər Çin tərəfi ilə bu yay Pekinə səfər etmək ehtimalını müzakirə etmişdi.

 

Lakin Çin hakimiyyəti ABŞ prezidenti Donald Tramp Tayvana silah tədarükü ilə bağlı növbəti addımları müəyyən edənə qədər səfəri təsdiqləməyə hazır olmadıqlarını açıq şəkildə bildirib.

#rəsmisinin #xəbər #baki #pekinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər