Çin Tayvana qarşı ritorikasını sərtləşdirir
Son həftələrdə Çin Tayvana münasibətdə daha sərt ritorika və simvolik addımlar atıb. Pekin Tayvanı öz ərazisi kimi təqdim edir və “yenidən birləşmə” vədini təkrarlayır. Dövlət mediasında yayımlanan yeni məqalələr Tayvanın Çinin nəzarəti altında “bir ölkə, iki sistem” prinsipi ilə idarə olunacağını bildirir. Bu model Tayvanda kəskin şəkildə rədd olunur, xüsusilə də Honq-Konq təcrübəsindən sonra.
Çin həmçinin 25 oktyabrı yeni milli bayram – “Retrocession Day” kimi qeyd edərək Tayvanın “Çin Kommunist Partiyasının idarəsindəki Çinə qayıtdığı gün” kimi təqdim edib. Pekin son günlərdə Tayvanın turistik və iqtisadi bölgələrinin peyk fotolarını yayımlayıb və bunları “bir səma altında” şüarı ilə paylaşaraq simvolik mesaj göndərib.
Analitiklərə görə, bu, Pekinin Tayvan üzərində siyasi və informasiya nəzarətini gücləndirmək, beynəlxalq aləmdə “Tayvan məsələsini” normallaşdırmaq məqsədi daşıyan uzunmüddətli strategiyanın bir hissəsidir.
The Guardian
Eslanda Kulieva