Çin Ukraynaya sülhməramlı göndərir?
Çin Ukraynaya sülhməramlılar göndərmək fikrində deyil.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Szyakun deyib:
“Çinin Ukraynada sülhməramlı missiyanı müzakirə etməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Bizim mövqeyimiz aydın və ardıcıldır”.
Qeyd edək ki, Almaniya mətbuatı Çinin Ukraynaya sülhməramlı qüvvə göndərməyə hazır olması ilə bağlı məlumat yayıb.