00:00:00
Yazar
Admin User
11.11.2025 14:13 138 2 dəq oxuma
Dünya

Çin Yerə qayıda bilməyən taykonavtları geri qaytarmağa hazırlaşır

Çin Yerə qayıda bilməyən taykonavtları geri qaytarmağa hazırlaşır

Çin, TiengongKosmik Stansiyasından qayıdışı gəminin zədələnməsi səbəbindən təxirə salınan "Sincan-20" taykonavt heyətini geri qaytarmaq üçün hazırlıqlarını davam etdirir.


Çin İnsanlı Kosmik Ekspedisiya Agentliyinin (CMSA) verdiyi açıqlamada, qayıdış missiyası üçün işlərin problemsiz və plana uyğun şəkildə davam etdiyi bildirilir.
Bəyanatda, qayıdış missiyasının təxirə salınmasından sonra təcili planların və tədbirlərin dərhal qüvvəyə mindiyi və qayıdışı həyata keçirmək üçün Sincan-20 gəmisinin simulyasiya təhlillərinin, sınaqlarının və təhlükəsizlik qiymətləndirmələrinin aparıldığı qeyd olunur. Bəyanatda qayıdış missiyasının müddəti göstərilməyib.

 

Bu arada, South China Morning Post qəzetində dərc olunan məlumata görə, qəzetə danışan insanlı kosmik proqramın mənbələri, taykonavt heyətini geri qaytarmaq üçün yeni bir gəmi buraxıla biləcəyini irəli sürüblər. Mənbələr bildirib ki, növbəti taykonavt komandasını kosmik stansiyaya aparmaq üçün hazırlanan "Sincan-22" kosmik gəmisi hazırlanır və ölkənin şimal-qərbindəki Sian Kosmik Mərkəzində buraxılışı gözləyir.
Keçiddə aşkarlanan zədə səbəbindən geri dönüş uçuşu təxirə salınıb.


Çinin Tiengong Kosmik Stansiyasında missiyasını başa vuran taykonavt Çinq Donq, Çinq Konqruy və Vanq Siedən ibarət komandanı Yerə gətirməli olan geri dönüş uçuşu, Sincan-20 kosmik gəmisində aşkarlanan zədə səbəbindən 5 noyabrda təxirə salınıb.
Keçiddə yaranan zədənin kosmik zibildən qaynaqlandığı bildirilir.
24 apreldə Sincan-20 kosmik gəmisi ilə kosmik stansiyaya buraxılan və orada altı aydan çox xidmət edən taykonavt komandası orbiti 31 oktyabrda stansiyaya göndərilən Sincan-21 komandasına təhvil verib.


TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər