00:00:00
Yazar
Admin User
04.12.2025 08:36 90 1 dəq oxuma
Dünya

Çində 6,2 maqnitudalı zəlzələ olub

Çində 6,2 maqnitudalı zəlzələ olub

Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda 6,2 maqnitudalı zəlzələ olub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri 135 min nəfərin yaşadığı Tumşuk bölgəsindən 141 km şimal-qərbdə, ocağı isə 7 km dərinlikdə yerləşib.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Seysmik aktivlik Almatı vilayətində və qonşu bölgələrdə də hiss edilib. Almatıda təkanlar təxminən 3 bal gücündə hiss olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər