00:00:00
Yazar
Admin User
01.05.2024 17:38 284 1 dəq oxuma
Dünya

Çində avtomobil yolunun çökməsi: ölən və yaralananlar var

Çində avtomobil yolunun çökməsi: ölən və yaralananlar var

Çinin Quandun əyalətində magistral yolda fəlakət baş verib. Magistral yolun uçması nəticəsində azı 19 nəfər ölüb, 30 nəfər yaralanıb. Hadisə zamanı sıxışan 18 avtomobildəki insanları xilas etmək üçün bölgəyə çoxlu sayda xilasetmə qrupu sövq edilib.

 

Çin dövlət televiziyasından verilən açıqlamada Meizhou-Dabu magistralının 17,9 metrlik hissəsinin yerli vaxtla saat 02:10 radələrində çökməsi nəticəsində 18 avtomobilin yolda qaldığı bildirilib.

 

Axtarış-xilasetmə əməliyyatları üçün bölgəyə 500-dən çox canlı qüvvə göndərilib.

 

Mənbə: Haberler

Zeynəb Mustafazadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər