00:00:00
Yazar
Admin User
15.10.2025 04:21 100 1 dəq oxuma
Dünya

Çində baş verən yol qəzasında səkkiz nəfər ölüb

Çində baş verən yol qəzasında səkkiz nəfər ölüb

Çinin Şandun əyalətinin Lyaoçenq şəhərində səkkiz nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

"İnformator.az" bu barədə yerli KİV-ə istinadən xəbər verir.

 

Bildirilib ki, 37 yaşlı sürücü spirtli içki təsiri altında sərnişin avtomobili idarə edərkən bir neçə elektrik velosipedi ilə toqquşub. Nəticədə bir nəfər hadisə yerində həlak olub, digər yeddi nəfər isə xəstəxanada keçinib. Xəsarət alan dörd nəfərin müalicəsi isə davam etdirilir.

 

Qəzanı törədən sürücü isə hazırda polis nəzarəti altındadır. Araşdırma davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər