Çində dünyanın ən sürətli internet şəbəkəsi qurulub
Çin Respublikası meqa-sürətli internet şəbəkəsini istifadəyə verdiyini açıqlayıb.
İnformator.az xəbər verir ki, Çinin texnologiya şirkəti olan “Huawei”nin bildirdiyinə görə,üzərində işlənilən şəbəkə 1.2 terabit sürətə malikdir və saniyədə 150 film yükləmə balansına sahibdir.
Sözügedən İnternet Şəbəkəsinin daha sürətli informasiya göndərmə, səhm sənədlərinin satılması və başqa təhlükəsizlik prosseslərinin icrasında daha yaxşı işlər görülməsi gözlənilir.
Yeni şəbəkə Pekin daxil olmaqla cənub ərazilərini əhatə edərək ərazini 2.800 mil uzunluğunda 5G “Fiber-Optik” kabellərlə əhatələyəcək.
Əli Məmmədli
