Çində humanoid robotlar yarı marafon üzrə dünya rekordunu qırıb
Çində insanabənzər robotlar uzun məsafəli qaçış yarışında ilk dəfə insan potensialını aşan performans göstərərək yarı marafon üzrə dünya rekordunu qırıb.
Pekində ikinci dəfə keçirilən və insanlar ilə insanabənzər robotların eyni trasda yanaşı yarışdığı qaçış yarışı, idman və texnologiyanın maraqlı birləşməsinə şahidlik edib.
“Pekin E-Şəhər Yarı Marafonu və İnsanabənzər Robot Yarı Marafonu” adlı təşkilatda 21,1 kilometrlik məsafədə robotlar insanın bu məsafədə əldə etdiyi ən yaxşı nəticədən daha sürətli vaxtla yarışı başa vurublar.
Honor tərəfindən hazırlanan insanabənzər robot 50 dəqiqə 26 saniyə nəticə ilə birinci olub. Eyni modelin fərqli komandalar tərəfindən yarışdırılan iki digər robotu isə 50 dəqiqə 56 saniyə və 53 dəqiqə 1 saniyə nəticə göstərərək onu izləyib.
Kişilər arasında yarı marafon dünya rekordu Jacob Kiplimo tərəfindən 2026-cı ilin martında Lissabonda keçirilən yarışda 57 dəqiqə 20 saniyə ilə qırılıb. Qadınlar arasında isə rekord 2021-ci ildə Valensiyada 1 saat 2 dəqiqə 52 saniyə nəticə ilə Letesenbet Gideyyə məxsusdur.
TRT XƏBƏR
Lalə Qurbanlı