Çində kimyəvi zavodda partlayış baş verib
Çinin Şandun əyalətinin Qaomi şəhərində yerləşən "Shandong Youdao" kimya müəssisəsində baş vermiş partlayış zamanı beş nəfər həlak olub, 19 nəfər xəsarət alıb.
"İnformator.az" "Xinhua" agentliyinə istinadla xəbər verir ki, zavodun sexlərinin birində qeydə alınan partlayış nəticəsində daha altı nəfər itkin düşüb. İnsidentin səbəbləri araşdırılır, istintaq tədbirləri aparılır.