00:00:00
Yazar
Admin User
05.03.2025 15:29 189 1 dəq oxuma
Dünya

Çindən ABŞ-yə: Biz istənilən müharibəyə hazırıq!

Çindən ABŞ-yə: Biz istənilən müharibəyə hazırıq!

Ticarət müharibəsi böyüdükcə supergüclərin bir-birinə qarşı ritorikası daha da gücləndi. Çinin Vaşinqtondakı səfirliyi ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırması ilə bağlı açıqlama verib və Pekinin “hər cür müharibəyə” hazır olduğu bildirilib.

 

Çinin Vaşinqtondakı səfirliyindən verilən açıqlamada, “ABŞ-nin istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı bir müharibə növü olsun, sona qədər mübarizə aparmağa hazırıq” , - deyə o bildirib. ABŞ Prezidenti Donald Tramp dünən imzaladığı fərmanla ölkəyə gələn "fentanillə mübarizədə uğursuzluq" səbəbi ilə Çinə tətbiq edilən gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırdığını açıqlayıb.

 

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər