Çindən ABŞ-yə xəbərdarlıq
ABŞ-nin xarici istehsallı dronların satışına qoyduğu qadağaya cavab olaraq Çin hakimiyyəti qətiyyətli əks-tədbirlər görəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin məlumatında deyilir.
"Çin ABŞ-nin yanlış hərəkətləri dayandırmasını və dərhal bu cür tədbirlərdən imtina etməsini tələb edir. Əgər ABŞ bu yolu davam etdirərsə, Çin qətiyyətlə lazımi tədbirlər görəcək və Çin müəssisələrinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək", - deyə bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin rabitə əlaqələri üzrə federal komissiyası milli təhlükəsizliyə təhdid yaratdığını əsas gətirərək ölkədə xarici istehsallı dronların satışının qadağan edildiyini açıqlayıb.
