Çinin Kovid aktivisti azad olundu
Kovid epidemiyasını işıqlandıran vətəndaş jurnalist üç il həbsdən sonra sərbəst buraxıldı.
İnformator.az CNN World-ə istinadən xəbər verir ki, Çin hökuməti epidemik vəziyyətin real miqyası ilə bağlı məlumatları gizlətməyə çalışarkən Fang Binn yayımladığı informasiyalardan sonra yoxa çıxıb.
Onun 2020-ci ilin əvvəlində sosial mediada yayımladığı videolar Çinin ciddi nəzarət altında olan dövlət mediasında təqdim olunanlarla ziddiyyət təşkil edib.
Bir videoda Fang xəstələr və onların ümidsiz qohumları ilə dolu xəstəxana dəhlizlərini, digərində avtobusda yığılmış cəsədləri göstərib. Son videosunda isə evinin mülki geyimli polislər tərəfindən mühasirəyə alındığını çəkib.
Qeyd edək ki, Fang virusun ilkin mərhələsində Çinin həqiqətlərini söylədiyi üçün təzyiq göstərilən bir neçə jurnalist arasındadır. Hökumət isə pandemiya ilə bağlı saxlanılanlar və ya mühakimə olunanlar haqda heç bir məlumatı təsdiqləmir.
Gülay
