Çinin zədələnmiş personal daşıyıcı kosmik kapsulu Yerə pilotsuz qayıdacaq
Çinin Dünya orbitində qurduğu Tienqonq Kosmik Stansiyasında kosmik qalıqlar səbəbindən zədələnən Şıncou-20 personal kapsulunun Yerə pilotsuz qayıdacağı açıqlanıb.
Çin İnsanlı Kosmik Uçuşlar Agentliyinin (CMSA) açıqlamasında, kapsulun geri dönüş uçuşunun pilotsuz həyata keçiriləcəyi bildirilib.
Şıncou-20 kapsulunun şüşəsində kosmik qalıq parçasının çarpması nəticəsində yarandığı ehtimal edilən kiçik bir çatlaq aşkarlanıb.
Kapsulla kosmik stansiyaya aparılan taykonotların 5 noyabrda planlaşdırılan geri dönüş uçuşu isə zədənin yarada biləcəyi risklər nəzərə alınaraq təxirə salınıb.
TRT XƏBƏR
Lalə Qurbanlı