00:00:00
Yazar
Admin User
05.01.2026 18:35 104 1 dəq oxuma
Siyasət

"Çinlə olan strateji tərəfdaşlığımız daha da inkişaf edir"

"Çinlə olan strateji tərəfdaşlığımız daha da inkişaf edir"

 

"Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib".

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

 

"Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını qeyd edib".

 

Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlətimizin başçısı əldə olunmuş siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlandığını da bildirib:

 

“Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

Qeyd edək ki, son illərdə Azərbaycan və Çin arasında iqtisadi inkişaf prosesləri də özünü müxtəlif sahələrdə göstərir.

 

WWW.İNFORMATOR.AZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər