00:00:00
Yazar
Admin User
10.06.2025 08:56 171 1 dəq oxuma
Dünya

Çinli təqsirini etiraf edib

Çinli təqsirini etiraf edib

ABŞ Ədliyyə Nazirliyi Kaliforniyada yaşayan çinli Şenxua Venin Şimali Koreyaya silah, sursat və hərbi təyinatlı texnologiya göndərdiyini bildirib. O, bu işdə təqsirli olduğunu etiraf edib.

 

Prokurorların sözlərinə görə, Wen 2023-cü ildə Şimali Koreyaya ən azı üç konteyner silah göndərib. Onlardan biri Honq-Konq üzərindən Nampo şəhərinə çatıb. Wen bu məqsədlə Texasda odlu silah biznesi alıb və saxta sənədlərdən istifadə edib. Təxminən 60.000 patron 9 mm-lik sursat və kimyəvi təhlükələrin müəyyən edilməsi cihazı da göndərilənlər arasındadır.

 

O, ABŞ-yə 2012-ci ildə tələbə vizası ilə gəlib. Bildirilib ki, Wen əvvəlcə Çində Şimali Koreya rəsmiləri ilə görüşüb və göstərişləri onlardan alıb. Sxemə görə ona 2 milyon dollar vəsait köçürülüb. Wen silah və həssas texnologiyaların qanunsuz ixracını bildiyini, tələb olunan lisenziyalara malik olmadığını və ABŞ qanunvericiliyinə uyğun olaraq Baş Prokuroru bu fəaliyyət barədə məlumatlandırmadığını etiraf edib.

 

Al Jazeera
Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər